Bina və qurğuların qiymətləndirilməsi

Bina və qurğuların qiymətləndirilməsinə dair sifarişlər daha tez-tez daxil olur və bu cür qiymətləndirmənin aparılması mürəkkəb bir prosesdir. Bu cür obyektlər birinci sinif girov əmlakı hesab edilir. Həmçinin təşkilatın əsas fondlarının yenidən qiymətləndirilməsi zamanı onun binaları və digər əmlakının qiymətləndirilməsi mütləqdir. Bu prosedur müəssisənin aktivlərinin dəyərini artırmağa və onu potensial investorlar üçün cəlbedici etməyə imkan verir.

Bina və qurğuların təsnifatı

Təyinatından asılı olaraq bina və qurğuların növləri:

  • yaşayış və sosial (ictimai, müalicəvi, idman, mədəni);
  • sənaye, o cüml. anbar daşınmaz əmlakı;
  • kənd təsərrüfatı (istehsal və köməkçi təyinatlı);
  • xüsusi (energetik və kommunal obyektlər);
  • müxtəlif tipli basdırılmış qurğular.

Hansı hallarda tələb olunur

Bir qayda olaraq, obyektin qiymətləndirilməsinin məqsədi göstərilən bina və ya qurğunun, həmçinin ona daxil olan təsərrüfat, yaşayış və digər tikililərin, mühəndis kommunikasiyalarının həqiqi bazar dəyərinin müəyyən edilməsidir. Bu prosedur obyektin alqı-satqısı, sığortalanması, icarəyə verilməsi zamanı tez-tez lazım olur. Binanın qiymətləndirilməsi həmçinin girov üçün və ya vergiqoyma məqsədilə, nizamnamə kapitalına maya qoyma və ya məhkəmə araşdırması zamanı tələb oluna bilər. Həmçinin, bina müvəkkil şirkətin idarəçiliyinə ötürülən zaman qiymətləndirmənin aparılması mütləqdir.

Bütün bu məqsədlər üçün qiymətləndirmə eyni prinsiplə aparılır. İlk növbədə qarşıya vəzifə qoyulmalıdır, daha sonra isə qiymətləndirmə obyektinə baxış, məlumatların toplanması və emalı həyata keçirilir, və sonda sifarişçi üçün görülən iş barədə hesabat tərtib edilir.

Spesifika

Faktiki olaraq hər obyektin bir çox fərdi xüsusiyyətə malik olduğunu nəzərə alaraq, düzgün qiymətləndirmə üçün şablon üsulların tətbiqi təcrübədə mümkün deyil. Buna görə də hər konkret halda ekspertə lazımi işlərin aparılması uşun müəyyən qədər səy və vaxt tələb olunur. Ekspertizanın çətinliyindən asılı olaraq xidmətlərin dəyəri formalaşır.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com