Biznesin qiymətləndirilməsi biznesin və ya ondakı payın cari bazar dəyərinin müəyyən edilməsi prosesidir. Bu qiymətləndirmə müxtəlif səbəblərdən aparıla bilər, lakin hər bir şirkətin sahibi gec və ya tez bu qiymətləndirmənin aparılması ilə əlaqəli çətinliklərlə üzləşə bilər. Dəyər barədə əsaslı məlumatlar olmadan mülkiyyət hüquqlarının əldə olunması və ya özgəninkiləşdirilməsi barədə düzgün qərar qəbul etmək çox çətindir. Beləliklə, biznesin və ya ondakı payın dəyəri effektiv fəaliyyət üçün hər rəhbərə lazım olan məlumatdır.
Biznesin qiymətləndirilməsi dedikdə aşağıdakı fəaliyyət istiqamətləri başa düşülür:
- Şirkət/firma/müəssisə/holdinqin biznesinin bazar dəyərinin qiymətləndirilməsi;
- Biznesin/şirkətin investisiyalarının qiymətləndirilməsi;
- Səhmdar cəmiyyətlərin majoritar və minoritar səhm paketlərinin qiymətləndirilməsi;
- Məhdud məsuliyyətli cəmiyyətlərin paylarının dəyərinin müəyyən edilməsi (MMC qiymətləndirilməsi);
- Müəssisənin şəxsi kapitalının dəyərinin qiymətləndirilməsi;
- Biznesin maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- Təşkilatın likvidliyi və ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- Müəssisənin əsas vəsaitlərinin/fondlarının qiymətləndirilməsi.
Biznesin qiymətləndirilməsi zəruriliyi bir çox haldan irəli gəlir. Biznesin qiymətləndirilməsinin geniş yayılmış məqsədləri aşağıdakılardır:
- Borclu şirkətin iflas elan edilməsi üçün bütün daşınar və daşınmaz əmlakın dəyərinin müəyyən edilməsi;
- Mövcud biznesin alqı-satqısı üzrə sazişlərin bağlanması;
- Müəssisənin əmlakının girovu ilə kreditin rəsmiləşdirilməsi;
- Əmlakın və ya bütün biznesin sığorta müqavilələrinin bağlanması;
- Müəssisənin əsas fondlarının cari dəyərinin yenidən qiymətləndirilməsi;
- Təşkilatda vergitutmanın optimallaşdırılması;
- Müəssisənin mülkiyyətinin icarəyə verilməsi, bütün əmlakın dəyəri əsasında icarə dərəcəsinin müəyyən edilməsi;
- İnvestorların cəlb edilməsi üçün biznes planların hazırlanması;
- Təşkilatın fəaliyyət istiqamətinin dəyişdirilməsi;
- Məhkəmədə mübahisələr zamanı əmlakın dəyərinin müəyyən edilməsi.
Biznesin qiymətləndirilməsi yanaşmaları və metodları
Şirkətin dəyərinin qiymətləndirilməsinə müxtəlif yanaşmalar mövcuddur. Onlardan hər biri məlumatın mövcudluğu barədə müxtəlif fərziyyə və ehtimallara əsaslanır, bu isə müxtəlif nəticələrin alınmasına gətirib çıxarır.
Biznes/şirkətin payları/səhm paketlərinin dəyərinin 3 əsas metodu mövcuddur:
Düzəliş edilmiş xalis aktiv metodu (xərc yanaşması)
Gəlir yanaşması
Müqayisəli yanaşma
ROVEX qiymətləndirmə şirkəti biznesin dəyərinin müəyyən edilməsi üzrə keyfiyyətli və peşəkar xidmətlərini təklif edir. Qiymətləndirmənin nəticələrinə əsaslanaraq sizə gəlir gətirən işin gələcəyi ilə bağlı düzgün və ölçülüb-biçilmiş qərar qəbul edə biləcəksiniz.
Rovex şirkətinin ekspert və qiymətləndiriciləri müştəri və tərəfdaşların müxtəlif fəaliyyət sahələrində biznesin dəyərinin müəyyən edilməsi üzrə bir çox layihəni uğurla həyata keçirib və həyata keçirməyə davam edir. Rovex-də hazırlanan biznesin qiymətləndirilməsi barədə hesabatlara azərbaycanlı və beynəlxalq kreditorlar və investorlar, iri maliyyə qurumları və qiymətləndirmə şirkətləri, dövlət strukturları və məhkəmə orqanları güvənir. Xidmətlərin dəyəri biznesin qiymətləndirilməsi məqsədləri, biznesin miqyası və fəaliyyət sahəsinə əsasən müəyyən edilən dəyərlə bağlı qiymətləndirmə sahəsində qiymətləndirici və ekspertlərin əmək sərfindən asılıdır.