Mənzillərin qiymətləndirilməsi

Mənzillərin müstəqil qiymətləndirilməsi Azərbaycanın daşınmaz əmlak bazarında ən çox tələbat olan xidmətlərdən biridir. Mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlak obyektinə mülkiyyət hüququ və ya qiymətləndirilən daşınmaz əmlak obyektinə münasibətdə digər hüquqların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur.

Mənzilin qiymətləndirilməsi xidməti aşağıdakı hallarda tələb oluna bilər:

  • girov dəyərinin müəyyən edilməsi
  • ipoteka sövdələşməsi həyata keçirilən zaman dəyərin təsdiqlənməsi
  • əmlak mübahisələri zamanı məhkəmə orqanları üçün bazar dəyərinin müəyyən edilməsi
  • mənzilin miras alınması
  • mənzil icarəsi (icarə haqqının qiymətləndirilməsi)
  • mənzil satışı.

Mənzilin qiymətləndirilməsi zamanı bütün xüsusiyyət və detallar nəzərə alınır. Qiymət əmələgətirən amillərə aşağıdakılar aiddir: yerləşmə yeri, otaqların sayı, ümumi sahə (m2), rayonun əsas infrastruktur obyektlərindən uzaqlıq, planlama, işləmənin keyfiyyəti və dəyəri, yaşayış məkanın vəziyyəti, evin tikildiyi il və tipi (blok, kərpic, panel, monolit), evin mərtəbəliliyi və s.

Biz həm təkrar bazarda daşınmaz əmlakın, həm yeni tikililərin qiymətləndirilməsini aparırıq.

Biz standartdankənar hallarla işləyirik: qeyri-adi planlama və ya təkrar planlamanın olması, istənilən rayon və yaşayış məkanının tipləri – yaşayış rayonunda birotaqlı mənzildən tutmuş şəhərin mərkəzində lüks pentxausadək. Daxilə quraşdırılmış avadanlıq, texnika, mebel, premial işləməni nəzərə alırıq.

Lazım olduqda hesabatın əlavə nüsxəsi və ya surətini sifariş etmək mümkündür.

Biz qiymətləndirmənin şəffaf aparılması şərtlərinə əməl edərək bir iş günü ərzində hazır hesabatı təklif etməyə hazırırq.

İpoteka üçün mənzilin qiymətləndirilməsi bankın bütün tələblərini nəzərə alaraq aparılır.

Yekun hesabatda qiymətləndirmə üzrə mütəxəssis yaşayış məkanının texniki xüsusiyyətləri barədə məlumatları təqdim edir, aparılan hesablamaların metodikasını təsvir edir, qiymətləndirilən daşınmaz əmlak obyektinin dəyəri barədə əsaslandırılmış rəy verir.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com