Torpaq sahələrinin qiymətləndirilməsi bu mülkiyyətə müxtəlif hüquqların (istifadə hüququ, icarə hüququ və mülkiyyət hüququ) qiymətləndirilməsini nəzərdə tutur. Mütəxəssislərimizin apardığı qiymətləndirmə Sizə müxtəlif torpaq sövdələşmələrinin həyata keçirilməsi zamanı ola biləcək pul vəsaitlərinin itkisi ilə əlaqədar riskləri minimuma endirməyə kömək edəcək.
Şirkətimizin mütəxəssisləri aşağıdakı xidmətləri keyfiyyətli şəkildə vaxtlı-vaxtında göstərəcək:
– sahibkarlıq təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi;
– tikinti təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi;
– kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi;
– digər təyinatlı torpaq sahələrinin qiymətləndirilməsi.
Hansı hallarda torpaq sahəsinin qiymətləndirilməsi tələb olunur?
Torpaq sahəsinin dəyərinin müəyyən edilməsi mülkiyyətdə olan torpaqla aparılan müxtəlif əməliyyatlar zamanı tələb oluna bilər. Bir qayda olaraq, qiymətləndirmə mülkiyyət hüquqlarının ötürülməsi, həmçinin sərmayə qismində pul vəsaitlərinin və ya girov olaraq torpaq sahəsinin alınması zamanı aparılır. Torpaq sahələrinin qiymətləndirilməsi daha çox aşağıdakı hallarda aparılır:
- kredit almaq məqsədilə banka müraciət edən zaman;
- müəssisənin nizamnamə kapitalına maya qoyan zaman;
- torpaq sahəsinin satışı zamanı;
- əmlakın miras alınması;
- biznes planın işlənib hazırlanması;
- ümumi əmlakın bölünməsi.
Qiymətləndirmə predmetinin spesifikası
Oxşar bir çox tədbir kimi müəyyən torpaq sahəsinin qiymətləndirilməsi də bir neçə mərhələdən ibarətdir. İlk növbədə ekspert mövcud vəziyyətlə tanış olur, görülməli olan qiymətləndirmə tədbirlərini müəyyən edir. Elə bu addımda aparılacaq qiymətləndirmənin çətinliyi və təcililiyindən asılı olaraq prosedurun qiyməti müəyyən edilir. İlkin tədbirlər görüldükdən sonra ekspertizanın təşəbbüskarı və qiymətləndirmə şirkəti arasında müqavilə bağlanır. Bu müqavilədə aparılan tədqiqatın məqsəd və vəzifələri, mütəxəssisinin iş başa çatdıqdan sonra cavablandıracağı suallar dəqiqliklə göstərilir.
Növbəti mərhələdə bilavasitə torpaq sahələrinin qiymətləndirilməsi aparılır. Ekspert sifarişçinin təqdim etdiyi sənədləşməni nəzərdən keçirir, seçdiyi metodikalar üzrə qiymətləndirmə aparır, nəticələri müqayisə edir və onun qarşısına qoyulan vəzifədən asılı olaraq torpaq sahəsinin yekun dəyərini – bazar dəyəri və ya digər – hesablayır.
Son mərhələdə torpaq sahələrinin qiymətləndirilməsi üzrə mütəxəssis ekspert rəyini – ekspertin fəaliyyətinin əsas nəticəsi və qiymətləndirmənin təşəbbüskarının növbəti tədbirləri görə biləcəyi və ya mövqeyini təsdiq etmək üçün məhkəməyə təqdim edə biləcəyi sənədi – tərtib edir. Ekspert rəyinə mütləq bütün aparılan qiymətləndirmə tədbirləri, onların nəticələrinin təsviri, ekspertin yekun fikri daxil edilməlidir. Bundan əlavə, rəyə bütün nəzərdən keçirilən sənədlərin surəti, həmçinin qiymətləndirmə şirkətinin sənədləri, mütəxəssislərin diplom və sertifikatlarının surəti və s. əlavə edilir.
Ekspert rəyi ekspertizanın təşəbbüskarına şəxsən qiymətləndirmə şirkətinin ofisində təqdim oluna, həmçinin poçt və ya kuryer xidməti vasitəsilə çatdırıla bilər. Rəydə göstərilən torpaq sahəsinin dəyəri alındığı andan yarım il ərzində etibarlıdır. Yalnız vərəsəliyə yeni mülkiyyətçi daxil olduğu zaman mülkiyyətə keçən torpaq sahələrinin qiymətləndirilməsi istisna təşkil edir.