Antikvarların qiymətləndirilməsi antikvar məmulatların dəyərinin müəyyən edilməsi üzrə peşəkar fəaliyyətdir. Qiymətləndirmə xüsusi qayda və metodikalar vasitəsilə qiymətləndiricilər – fiziki və hüquqi şəxslər tərəfindən aparılır. Antikvarın dəyər növü aparılan qiymətləndirmənin məqsədlərindən asılıdır (bazar, sərmayə, girov və s.). İncəsənət əsərləri, o cümlədən antikvariat daşınmaz əmlak, əmlak komplektləri, maşın və avadanlıq və s. kimi tez-tez rast gəlinən mülkiyyət növlərindən onları fərqləndirən bir sıra xüsusiyyətə malik olduqca spesifik mülkiyyət növləridir. Daşınmaz əmlak, maşın və avadanlıq, nəqliyyat vasitəsi, torpaq, fəaliyyətdə olan müəssisələrin və s. qiymətləndirilməsi iqtisadi elmin müəyyən bölmələrinə əsaslanır.
İncəsənət əsərləri və antikvarlara gələndə isə, bu mülkiyyət növlərinin qiymətləndirilməsi üçün hələ ki nəzəri iqtisadi baza yaradılmayıb. Hal-hazırda qiymətləndirmə fəaliyyətinin bu növündə hər hansı tənzimləmə mexanizmi mövcud deyil. İncəsənət əsərlərinin qiymətləndirilməsi hamı tərəfindən qəbul edilən iqtisadi yanaşmalar vasitəsilə aparıla bilməz çünki incəsənət əsərləri və antikvarların dəyər qiymətləndirilməsi metodikasının yaradılması üçün lazım olan iqtisadi cəhətdən əsaslandırılmış ümumi nəzəri prinsiplər mövcud deyil. Dəyərin bu növünün qiymətləndirilməsi sənətşünaslıq, tarixi elmi-iqtisadi işə əsaslanan spesifik və unikal fəaliyyət növüdür. İncəsənət əsərləri, həmçinin antikvarları qiymətləndirilən əşyanın həqiqiliyini müəyyən etmədən qiymətləndirmək mənasızdır, buna görə də qiymətləndirməzdən əvvəl şirkətimiz qiymətləndirilən əmlakın kompleks ekspertizasını aparır. Antikvarların qiymətləndirilməsi yalnız “düzgün” qiymətin ekspert tərəfindən müəyyən edilməsi deyil, qiymətləndirmə fəaliyyəti barədə Qanun və, beynəlxalq standart və normalara uyğun olan qiymətləndirmə rəyinin hazırlanması prosesidir.
Antikvar aşağıdakıların müəyyən edilməsi məqsədilə qiymətləndirilir:
- alqı-satqı sövdələşməsinin qiyməti;
- kreditləşmə zamanı girov məbləği;
- notarial hərəkətlərin aparılmasına görə dövlət rüsumunun müəyyən edilməsi (notarius üçün antikvarın qiymətləndirilməsi);
- nizamnamə kapitalına maya qoyma;
- məhkəmə mübahisələri zamanı kompensasiya;
- sığorta məbləği.
İncəsənət əsərləri və antikvar əşyaların qiymətləndirilməsi əsasən iki mərhələdə aparılır. Antikvar əşyanın birinci qiymətləndirmə mərhələsi qiymətləndirlən əşyanın (qiymətləndirmə obyektinin) atribusiya və ekspertizasından başlayır. Bu əşyanın mənşəyi, yaşının müəyyən edilməsi, nəticədə həmin əşyanın həqiqətən bədii və antikvar dəyərə malik olduğunun təsdiqidir. Atribusiya – müəllifi və tədqiq olunan obyektin yaranma vaxtını müəyyən etməyə imkan verən prosedurdur. İncəsənət əsərləri və antikvar əşyaların qiymətləndirmə obyektlərinə nə aid edilməlidir? Mədəni dəyərə malik əşyaların siyahısına məzmunu və təyinatına görə fərqli olan, bu və ya digər xalqın inkişafı tarixi, mədəniyyəti və milli xüsusiyyətləri ilə sıx əlaqədə olan əşyalar daxildir.
Hamı tərəfindən qəbul edilən anlayışlara əsasən mülkiyyətin bu növlərinə aşağıdakılar aid edilə bilər:
– istənilən materiallardan istənilən əsasda tamamilə əl işi olan kətan, rəsm və şəkillər (əllə bəzədilən çertyoj və sənaye məmulatları istisna olmaqla);
– istənilən materiallardan orijinal heykəltəraşlıq əsərləri;
– ayrı şəkildə və kolleksiyalarda xüsusi maraq kəsb edən (tarixi, bədii, elmi, ədəbi və s.) nadir əlyazmalar və inkunabular, qədim kitablar, sənəd və nəşrlər;
– ayrı şəkildə və kolleksiyalarda poçt, vergi markaları və analoji markalar;
– yüz ildən çox yaşı olan mebel;
– qədim musiqi alətləri;
– zərgərlik məmulatları;
– qədim silah, antikvar əşyalar.
Antikvarların qiymətləndirilməsində ikinci mərhələ əşyanın dəyərinin bu gün nə qədər olduğunu anlamağa imkan verir, çünki antikvar bazarında qiymətlər sabit deyil və onları təxmin etmək çətindir. Antikvarların qiymətləndirilməsi zamanı onların saxlanma dərəcəsi, istehsalçı şirkət və ya müəllifə məxsusluğu, nüsxələrin sayı və hazırlanma vaxtı kimi amillər nəzərə alınır. Lakin antikvar əşyaların dəyərinin müəyyən edilməsi tələb və təklif əsasdır. Buna görə də antikvar əşyalara qiymət əmələgəlmə sahəsində auksionlar, ixtisaslaşmış nəşr və mağazalar böyük önəm kəsb edir.
İncəsənət əsərlərinin bazar dəyərinin müəyyən edilməsi
- Tarixi müəyyən edən əlamətlərə görə əsərin yaşının müəyyən edilməsi (obyektin dağıtmayan üsulla tədqiqi).
- Sənətşünaslıq ekspertizası (müvafiq incəsənət istiqamətindən mütəxəssis cəlb edilə bilər).
- Əsərin həqiqliyinin ekspertizası (müəllifliyin müəyyən edilməsi).
- Əsərin bazar dəyərinin müəyyən edilməsi (dünya bazarı və milli bazarda analoq əşyalarla sövdələşmə statistikası).
- İncəsənət əşyalarının sığorta məqsədləri ilə qiymətləndirilməsi.
Elm, ədəbiyyat və incəsənət əsərlərinin qiymətləndirilməsi xidmətləri hər konkret halda fərdi olaraq hesablanır və qiymətləndiricinin əmək səyləri, işlərin təcililiyi və Sifarişçinin müstəqil qiymətləndirmənin aparılması üçün təqdim etdiyi sənədlərin tərkibindən asılıdır. Qiymətləndirmədə kömək lazımdır? Elə isə aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edin. Sizi müştərilərimizin arasında görməyə şad olarıq!