Bu gün avtomobilin qiymətləndirilməsi tələb olunan hallarla tez-tez rastlaşırıq. Yerüstü nəqliyyatın qiymətləndirilməsi xidməti qiymətləndirilən nəqliyyat vasitəsinin dəyərinin cari tarixə cari vəziyyətdə müəyyən edilməsini nəzərdə tutur.
Avtonəqliyyat vasitələrinin aşağıdakı növlərinin qiymətləndirilməsini aparırıq:
- Yolsuzluq avtomobilləri;
- Minik;
- Mototexnika;
- Avtobuslar;
- Yük maşınları.
Yerüstü nəqliyyatın qiymətləndirilməsi aşağıdakı hallarda tələb oluna bilər:
- Nizamnamə kapitalına maya şəklində qoyulma.
- Vergitutmanın optimallaşdırılması.
- Nəqliyyat vasitəsinin girovu ilə kreditin alınması.
- Əmlakın ər-arvad arasında bölüşdürülməsi.
ROVEX qiymətləndirmə şirkəti yerüstü nəqliyyat vasitələrinin bütün növlərinin müstəqil qiymətləndirilməsi üzrə keyfiyyətli xidmətləri göstərməyə hazırdır. Yerüstü nəqliyyatın bazar dəyərinin müəyyən edilməsi sahəsində uzun illərə dayanan təcrübəmiz var. Mütəxəssislərimiz bazar dəyərinə əhəmiyyətli təsir göstərən bütün amilləri müəyyən edəcək, hesablamalarda nəzərə alacaq və avtomobilin qiymətləndirilməsi barədə hesabatın son istifadəçilərinin diqqətini onlara yönəldəcək. Fiziki və hüquqi şəxslər üçün avtomobilin qiymətləndirilməsi qaydaları eynidir.