Müasir cəmiyyətdə müəssisənin uğuru və uzunmüddətli sabitliyi onun sabit rəqabət üstünlüklərinə malik olması ilə müəyyən edilir. Bu üstünlüklərdən biri əqli mülkiyyət obyektləri və ya qeyri-maddi aktivlərə hüquqların olmasıdır. Həmin obyektlərin təsərrüfat fəaliyyətinə daxil edilməsi onların dəyərinin dəqiq müəyyən edilməsini tələb edir. Əqli mülkiyyətin qiymətləndirilməsi bu məsələni maksimal şəkildə effektiv həll etməyə imkan verir.
Qeyri-maddi aktivlər və əqli mülkiyyətin qiymətləndirilməsi yüksək texnoloji sahələr üçün olduqca vacibdir. ROVEX aşağıdakı əqli mülkiyyətin, qeyri-maddi aktivlərin peşəkar müstəqil qiymətləndirməsini aparır:
- Müəllif hüquqlarının qiymətləndirilməsi (əsərin nüsxələnməsi, yayılması, idxalı, yazılması, ictimai nümayişi/icrası, geniş kütləyə yayımlanması, tərcüməsi və emalına hüquqların, həmçinin hərəkətli təsvirə hüquqların qiymətləndirilməsi);
- Müəllif hüquqları ilə əlaqəli hüquqların qiymətləndirilməsi (fonoqram icraçıları, istehsalçıları, efir və kabel yayımı təşkilatlarının EHM üçün proqramlar və verilənlər bazalarına hüquqlarının qiymətləndirilməsi);
- Əmtəə nişanının (Brendin) qiymətləndirilməsi;
- İşgüzar nüfuzun (Qudvill/Goodwill) qiymətləndirilməsi.
Əqli mülkiyyət və qeyri-maddi aktivlərin qiymətləndirilməsinin məqsədləri
Əqli mülkiyyət (qeyri-maddi aktivlərin) qiymətləndirildiyi hallar:
- əqli mülkiyyət obyektlərinin inventarizasiyası və təsərrüfat dövriyyəsinə daxil edilməsi;
- maliyyə hesabatlılığına dəyişikliklərin daxil edilməsi (qeyri-maddi aktivlərin yenidən qiymətləndirilməsi);
- əqli mülkiyyət obyektlərinin təşkilatın balansına alınması;
- əqli mülkiyyət obyektlərinin nizamnamə kapitalına daxil edilməsi;
- əqli mülkiyyət obyektlərinə hüquqların alqı-satqısı və ya güzəşt edilməsi;
- əqli mülkiyyət obyektlərinə hüquqların miras qoyulması, bağışlanması və ya təmənnasız ötürülməsi;
- əqli mülkiyyət obyektlərindən istifadə hüququnun alınması üçün lisenziya müqaviləsinin bağlanması və həmin hüquqların istifadəsinə görə hesablanan ödənişlərin əsaslandırılması zəruriliyi;
- müəssisənin ləğv edilməsi, restukturlaşdırılması və ya müflis olması;
- əqli mülkiyyət obyektlərinin girov məqsədləri üçün qiymətləndirilməsi;
- əqli mülkiyyət obyektlərinin françayzinqin tərkib hissəsi kimi istifadə olunması;
- bir müəssisənin digəri tərəfindən udulması və ya onların birləşməsi;
- əqli mülkiyyət obyektlərinin istifadə olunması nəzərdə tutulan investisiya layihələrinin qiymətləndirilməsi;
- əqli mülkiyyət obyektlərinə hüquqların pozulması, həmçinin saxta məhsulların istehsalı nəticəsində ziyanın qiymətləndirilməsi;
- əqli mülkiyyət obyektlərinin sığortalanması;
- biznesin qiymətləndirilməsi mərhələlərindən biri kimi qeyri-maddi aktivlərin qiymətləndirilməsi;
- əqli mülkiyyət obyektlərinə hüquqların icarəyə verilməsi.
Rovex-in peşəkar qiymətləndiriciləri əqli mülkiyyətin qiymətləndirilməsini müəssisələrin qeyri-maddi aktivlərinin bazar dəyərinin qiymətləndirilməsi üzrə xüsusi hazırlanmış metodik tövsiyələrə uyğun aparır.