Hava nəqliyyatı və aviasiya texnikasının qiymətləndirilməsi şirkətimizin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Aviasiya texnikasının dəyərinin müəyyən edilməsi xidməti hava gəmiləri (təyyarə, helikopter) və digər uçuş aparatlarının, həmçinin onların ayrı-ayrı komponentləri, məsələn mühərriklərinin qiymətləndirilməsini nəzərdə tutur.
Hansı hallarda helikopter və ya təyyarənin qiymətləndirilməsi tələb olunur
Uçuş aparatlarının qiymətləndirilməsi xidməti aşağıdakı hallarda zəruridir:
- alqı-satqı üçün dəyərin müəyyən edilməsi
- mirasın rəsmiləşdirilməsi
- kredit almaq üçün girovun rəsmiləşdirilməsi və müəssisənin əmlakının sığortalanması
- maşın və avadanlığın icarəyə verilməsi (lizinq)
- əmlak vergisinin hesablanması üçün əsas vəsaitlərin yenidən qiymətləndirilməsi
- hər hansı sərmayə layihəsinin həyata keçirilməsi üçün biznes planın işlənib hazırlanması
- hər hansı obyektlərin sərmayə olaraq təsis edilən və ya yenidən təşkil olunan digər müəssisənin nizamnamə kapitalına ötürülməsi və rəsmiləşdirilməsi
- maşın və avadanlığın əvvəlki təyinatı üzrə sonrakı istismarının mümkün olmaması və ya məqsədəuyğun olmaması səbəbi ilə ləğv edilməsi və utilizasiyası