Maşın və avadanlığın bazar dəyəri sabit deyil. Ona həm bazardakı vəziyyət, həm texniki innovasiyaların tətbiqi, həm də müxtəlif subyektiv amillər təsir göstərə bilər. İnflyasiya və deflyasiya kimi proseslər də mühüm rol oynayır. Beləliklə, maşın və avadanlığın dəyərinin qiymətləndirilməsi prosesinin b günün bazar həqiqətlərinə uyğun olması üçün vaxtaşırı aparılmalıdır. Avadanlığın qiymətləndirilməsi qiymətləndirmənin digər növlərindən qiymətləndirilən obyektlərin müxtəlifliyi ilə fərqlənir. Bu daşınar əmlaka aid obyektlərin (ofis əmlakından tutmuş sənaye avadanlığınadək) geniş spektridir. Qiymətləndirmə obyektinin satışı və ya istifadəsindən potensial gəliri müəyyən edən zaman qiymətləndirici onun vəziyyəti və aşınma dərəcəsini nəzərə alır. Obyektin dəyəri ekspertiza zamanı, həmçinin bazarda mövcud olan analoji obyektlərlə müqayisə yolu ilə hesablanır. Avadanlıq və maşınların yekun dəyərini ona təsir edən amillərin məcmusu müəyyən edir. Avadanlıq və maşınların qiymətləndirilməsinə kompleks yanaşma bu prosesin obyektivliyi və aktuallığını təmin edəcək.
Avadanlıq və maşın növləri
- Texnoloji xətlər;
- Konveyerlər;
- Hasilat sənayeləri, metallurgiya və kimya sənayesi üçün avadanlıq və maşınlar;
- Yüngül sənaye və qida sənayesi texnoloji avadanlığı;
- Digər avadanlıq və maşınlar;
- Texnoloji kompleks;
- Seriyalı texnoloji avadanlıq;
- Xüsusi avadanlıq
Avadanlıq və maşınların qiymətləndirilməsi hansı hallarda tələb olunur
- səhmdar cəmiyyətin yaradılması və ya qiymətli kağızların buraxılması zamanı müxtəlif növ əmlakın ümumi dəyərinin müəyyən edilməsi;
- müxtəlif məqsədlərlə – borcun ödənilməsi üçün vasitə və sairə – istifadə olunması üçün avadanlıq və maşınların dəyərinin müəyyən edilməsi;
- zərərin müəyyənləşdirilməsi zamanı avadanlığın qiymətinin müəyyən edilməsi;
- girov kimi istifadə olunacağı halda avadanlığın dəyərinin qiymətləndirilməsi.
Avadanlıq və maşınların qiymətləndirilməsi həmçinin aşağıdakı hallarda tələb olunur:
- investisiya layihələrinin proqnozlaşdırılması;
- səhmdarlar çıxdığı və ya mənfəət bölgüsü olduğu halda nizamnamə kapitalında əmlak paylarının müəyyən edilməsi;
ROVEX qiymətləndirmə şirkəti avadanlıq və maşınların qiymətləndirilməsi sahəsində uzun illərə dayanan təcrübəsinə əsaslanaraq istənilən növ və dərinlikdə avadanlığın dəyərinin işlərin həcmi üzrə qiymətləndirilməsini üzərinə götürməyə hazırdır.
Biz yalnız mötəbər məlumatlar təqdim edirik, bu məlumatlar sayəsində siz hərəkətlərinizin düzgünlüyünü qiymətləndirə və yeni, investisiya və ya idarəetmə qərarlarını əsaslandıra bilərsiniz. Xidmətlərin dəqiq dəyəri yalnız obyektlərə baxış keçirildikdən və ilkin məlumatla tanış olduqdan sonra məlum ola bilər.