Qiymətli kağızların qiymətləndirilməsi

Qiymətli kağızların qiymətləndirilməsi ən müxtəlif qiymətli kağızların bazar dəyərinin müəyyən edilməsi prosedurudur. Bu halda qiymətləndirilən obyektlərin unikal xüsusiyyəti onların eyni zamanda kapitalın mövcudluğunun bir növü və ixtisaslaşmış fond bazarında dövriyyədə olan maldır. Qiymətli kağızlar maddi şəkildə mal deyil, onların dəyəri sahibinə məxsus hüquqların dəyəri ilə şərtlənir.

Dəyər hesablandığı və peşəkar qiymətləndiricinin fikri, qiymət isə sazişin təsbit edilmiş şərti olduğu üçün qiymətli kağızların dəyəri onların qiymətinə ekvivalent deyil. Buna baxmayaraq qiymət dəyərin pul ifadəsi hesab edilir. Qiymətli kağızların dəyəri emissiya zamanı onların buraxılması və yerləşdirilməsinə sərf edilən vasitələrin həcmi; alınması zamanı gələcək dövriyyədən potensial gəlir; konvertasiya zamanı isə əvəzetmə dəyərinə əsasən müəyyən edilir.

Qiymətli kağızların qiymətləndirilməsi hansı hallarda tələb olunur:

Qiymətli kağızlar müəssisənin maliyyə aktivləri və öhdəliklərinin xüsusi formasıdır. Bu qoyuluşların qiymətləndirilməsi yalnız qiymətli kağızların bazar dəyərini deyil, həmçinin onların investisiya potensialını müəyyən etməyə imkan verir. Qiymətli kağızlar əsasən aşağıdakı hallarda qiymətləndirilir:

  • Qiymətli kağızların alqı-satqısına dair sazişlərin bağlanmasından öncə
  • Qiymətli kağızların təşkilatın əsas kapitalının tərkibinə daxil edilməsi prosedurunun rəsmiləşdirilməsi üçün.
  • Mövcud qiymətli kağızların girovu ilə krediti rəsmiləşdirməzdən öncə müəssisə və ya fiziki şəxsin aktivlərinin dəyərinin müəyyən edilməsi üçün.
  • Biznes və ya müəssisənin bazar dəyəri, həmçinin təşkilatın mövcud aktivlərinin bazar dəyərinin müəyyən edilməsi üçün.

Qiymətli kağızların qiymətləndirilməsinin əsas məqsədləri:

Qiymətli kağızların qiymətləndirilməsi emitent, alıcı, investor və ya bazarın peşəkar iştirakçısının müxtəlif vəzifələri ilə əlaqəlidir. Qiymətləndirmə əsasında qiymətli kağız bazar və biznesin (müəssisənin) istehsalat həyatında bu və ya digər iqtisadi, idarəetmə və investisiya qərarları qəbul edilir. Qiymətli kağızların qiymətləndirilməsinin məqsədləri aşağıdakılardır:

  • Nizamnamə kapitalında qiymətli kağızların pay dəyərinin müəyyən edilməsi.
  • Qiymətli kağızlara münasibətdə öhdəlik və mülkiyyət hüquqlarının müəyyən edilməsi.
  • Tam qiymətli kağız paketinin (100% emissiya daxil edən) dəyərinin müəyyən edilməsi.
  • Kredit almaq üçün qiymətli kağızların girov dəyərinin müəyyən edilməsi.
  • Müəssisənin ümumi dəyəri və ya biznesində qiymətli kağızların payının əmlak kompleksi şəklində müəyyən edilməsi.
  • Maliyyə aktivlərinin aktual dəyərinin müəyyən edilməsi.
  • Qiymətli kağız və maliyyə qoyuluşu üçün digər investisiya alternativlərinin dəyərinin müqayisəli təhlili.

Bir çox halda qiymətli kağızların qiymətləndirilməsi müəssisə və ya biznesin qiymətləndirilməsi prosesindən ayrılmazdır, lakin təşkilatın nizamnamə kapitalının beş faizindən az hissəsini təşkil edən kiçik səhm paketlərinin qiymətləndirilməsi zamanı qiymətləndirmə ayrıca aparıla bilər və bu zaman onun proseduru əhəmiyyətli dərəcədə asanlaşır.

Təşkilat və müəssisə, maliyyə institutları (banklar, birjalar) və ya dövlət orqanları tərəfindən buraxılan qiymətli kağızların aşağıdakı növləri qiymətləndirilir:

  • Paylı qiymətli kağızlar, yəni səhmlər (adi və ya imtiyazlı).
  • Törəmə qiymətli kağızlar – fyuçerslər, opsionlar və s.
  • Paylı qiymətli kağızlar – veksel və ya istiqrazlar.

ROVEX qiymətləndirmə şirkəti maliyyə alətləri və qiymətli kağızların dəyərinin qiymətləndirilməsi sahəsində uzun illərə dayanan təcrübəyə malik ixtisaslaşmış böyük qiymətləndirci ştatına malikdir, buna görə də bizə müraciət edən zaman barədə tam dəqiq və əsaslandırılmış qiymətləndirmə hesabatı alacağınızdan əmin ola bilərsiniz.

Ekspert qiymətləndirilməsi xidmətlərinin dəyəri qiymətli kağızların etibarlılıq, gəlirlilik və likvidlik dərəcəsi kimi investisiya xüsusiyyətlərindən asılı olacaq, buna görə də bu dəyər hər saziş üçün fərdi qaydada razılaşdırılır.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com