Tikinti və kənd təsərrüfat texnikasının qiymətləndirilməsi

Xüsusi texnika tikinti, istehsalat, yol-texniki işləri, həmçinin kənd təsərrüfatında istifadə olunur. Adətən bu cür texnikanın sahibləri dövlət xidmətlərinin bölmələri və ya avadanlığın bahalı aktiv və əsas istehsal vasitəsi olduğu hüquqi şəxslər olur (fərdi şəxslə xüsusi texnikanı, əsasən tikinti texnikası və kommunal texnikanı icarəyə götürür). Kiçik traktorlar və digər kənd təsərrüfatı texnikasını alan kiçik fermer təsərrüfatları istisna təşkil edir. Bu səbəbdən xüsusi texnikanın qiymətləndirilməsi zəruriliyi tez-tez yaranır – maliyyə hesabatlılığı üçün.

Tikinti və kənd təsərrüfatı texnikasının qiymətləndirilməsi hansı hallarda tələb olunur:

  • Xüsusi texnikanın şirkətin nizamnamə kapitalına maya şəklində qoyulması, aktivlərin yenidən qiymətləndirilməsi.
  • Müəssisənin restrukturlaşdırılması zamanı mülkiyyətçilərin əmlak hüquqlarının yenidən bölüşdürülməsi. Avadanlığın həqiqi dəyərinin azalması və ya istifadə olunmayan texnikanın silinməsi ilə əlaqədar vergitutmanın optimallaşdırılması.
  • İstifadədə olan xüsusi texnikanın sərhəddən keçirilməsi zamanı gömrük rüsumlarının optimallaşdırılması.
  • Texnikanın icarə və ya lizinqə uzun müddətə verilməsi halında ödəniş məbləğinin müəyyən edilməsi.
  • Avadanlıq və maşınların girov dəyərinin müəyyən edilməsi.
  • Aktivlərin sığortalanması və ziyanın məbləğinin müəyyən edilməsi.
  • İflas proseduru başladığı zaman şirkətin əmlakının bazar və təsviyə dəyərinin müəyyən edilməsi.
  • Alqı-satqı sazişlərinin həyata keçirilməsi.
  • Mirasın rəsmiləşdirilməsi.
  • Məhkəmə mübahisələrinin həlli – məsələn, nikahın ləğv edilməsi və ya əmlakın tərəfdaşlar arasında bölüşdürülməsi zamanı.

ROVEX qiymətləndirmə şirkəti tikinti, həmçinin kənd təsərrüfatı texnikası və digər mürəkkəb xüsusi avadanlığın qiymətləndirilməsi üzrə peşəkar xidmətlər göstərməyə hazırdır. Sizi müştərilərimizin arasında görməyə şad olardıq! Xidmətlərin dəqiq dəyəri yalnız obyektlərə baxış keçirildikdən və ilkin məlumatla tanış olduqdan sonra məlum ola bilər

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com