This is front side content.
Masaüstü ekspertiza — hesabatda təqdim olunan, müstəqil şəkildə təsdiqlənə bilən və təsdiqlənə bilməyən məlumatların təhlili ilə məhdudlaşan qiymətləndirmə ekspertizası. Adətən nəzarət-yoxlama siyahısı vasitəsilə aparılır.
This is front side content.
İnzibati ekspertiza (əməl olunma ekspertizası) — qiymətləndirmə barədə hesabatın ekspertizası qiymətləndirmənin konkret bazarlarda əməl olunan bütün tələb və ya normalara uyğunluğu və ya onlardan üstün olması, və ən azından hamı tərəfindən qəbul edilən qiymətləndirmə prinsiplərinə cavab verdiyinin təsdiqlənməsi üçün aparılır.
This is front side content.
Texniki ekspertiza — qiymətləndirici ekspertin yoxlanılan hesabatda göstərilən təhlil, fikir və rəylərin məqbul, əsaslandırılmış olması barədə mülahizə tərtib etmək üçün aparılan qiymətləndirmə barədə hesabatın ekspertizasıdır.
This is front side content.
Sahə ekspertizası – qiymətləndirilən əmlakın xarici hissəsi, bəzən isə daxili hissəsinin, hesabatda təqdim olunan məlumatların təsdiqlənməsi üçün müqayisə oluna bilən əmlak obyektlərinin tədqiqatını əhatə edən qiymətləndirmə hesabatının ekspertizası.
Qiymətləndirmə hesabatlarının ekspertizası
Son zamanlarda qiymətləndirmə cəmiyyəti üçün qiymətləndiricilərin hazırladığı qiymətləndirmə hesabatlarının ekspertizası üzrə işlərin təşkili məsələsi aktual olmağa başlayıb.
Qiymətləndirməni sifariş edən şəxs və ya ona aidiyyəti olan üçüncü şəxslərdə, məsələn bu sənədin təqdim olunduğu qurumda hesabatın düzgünlüyü, mötəbərliyi və obyektivliyi ilə bağlı şübhə yaranırsa, yalnız bir düzgün variant var – qiymətləndirmə hesabatının ekspertizasının sifariş edilməsi.
Qiymətləndirmə hesabatlarının ekspertizası bu və ya digər hesabatın ona qarşı qoyulan formal tələblərə nə dərəcədə uyğun olduğu barədə aydın təsəvvür yaradır.
Qiymətləndirmə hesabatlarının ekspertizası qiymətləndirmənin nəticələrinin düzgünlüyü və hesabatın qiymətləndirmə fəaliyyətini tənzimləyən normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə aparılır.
Qiymətləndirmə hesabatlarının ekspertizası peşəkar qiymətləndirmə təcrübəsinin ayrılmaz hissəsidir.
Qiymətləndirmə hesabatlarının ekspertizası qiymətləndiricinin gördüyü işin keyfiyyəti və düzgünlüyünün yoxlanılması üçün zəruridir.
Bu qiymətləndiricinin qiymətləndirmə obyektinin bazar dəyərini düzgün qiymətləndirdiyi, işini icra edən zaman qanunvericilik və standartların bütün tələblərinə əməl etdiyinin zəmanətdir.
Ekspertizanın növləri
İnzibati ekspertiza (uyğunluq ekspertizası) —qiymətləndirmə hesabatının ekspertizası qiymətləndirmənin konkret bazarlarda əməl olunan bütün tələb və ya normalara uyğunluğu və ya onlardan üstün olması, və ən azından hamı tərəfindən qəbul edilən qiymətləndirmə prinsiplərinə cavab verdiyinin təsdiqlənməsi üçün aparılır.
Texniki ekspertiza — qiymətləndirici ekspertin yoxlanılan hesabatda göstərilən təhlil, fikir və rəylərin məqbul, əsaslandırılmış olması barədə mülahizə tərtib etmək üçün aparılan qiymətləndirmə hesabatının ekspertizasıdır.
Masaüstü ekspertiza — hesabatda təqdim olunan, müstəqil şəkildə təsdiqlənə bilən və bilməyən məlumatların təhlili ilə məhdudlaşan qiymətləndirmə hesabatının ekspertizası. Adətən nəzarət-yoxlama siyahısı vasitəsilə aparılır. Qiymətləndirici – ekspert hesablamaların dəqiqliyi və düzgünlüyünü, məlumatların əsaslılığı, metodologiyanın məqbulluğu və, müştərinin göstərişləri, qanunvericilik tələbləri və peşə standartlarına əməl olunub –olunmadığını yoxlayır.
Sahə ekspertizası – qiymətləndirilən əmlakın xarici hissəsi, bəzən isə daxili hissəsinin, hesabatda təqdim olunan məlumatların təsdiqlənməsi üçün müqayisə oluna bilən əmlak obyektlərinin tədqiqatını əhatə edən qiymətləndirmə hesabatının ekspertizası. Adətən masaüstü ekspertiza zamanı yoxlanılan bəndlərin daxil olduğu nəzarət-yoxlama siyahısı vasitəsilə aparılır və bazar məlumatlarının təsdiqlənməsi, əlavə məlumatların toplanması üzrə tədqiqatlar və hesabatın hazırlanması zamanı istifadə olunan proqram təminatının yoxlanılmasını daxil edə bilər.
Qiymətləndirmə sahəsində təhsili olmayan şəxs qiymətləndiricinin apardığı hesablamaları anlamaqda, bu və ya digər hesablama metodikasının seçilməsinin düzgünlüyünü müəyyən etməkdə, tətbiq olunan düzəlişləri və hesabatın qiymətləndirmə fəaliyyətinin standartlarına uyğunluğunu yoxlamaqda çətinlik çəkir.
Şirkətimizin ekspert şurası öz fəaliyyətində obyektivlik, qərəzsizlik və səmərəlilik prinsiplərini rəhbər tutur.
ROVEX Ekspert Şurasının üzvlərinin yüksək peşəkarlığı və təcrübəsi qiymətləndirmə hesabatlarının ekspertizası zamanı həm sahə spesifikası, həm qiymətləndirmə obyektinin spesifikasını nəzərə almağa imkan verir.
Qiymətləndirmənin Sifarişçisinin opponentləri, qiymətləndirmənin Sifarişçisi və qiymətləndiricilər özləri qiymətləndirmə hesabatlarının ekspertizası xidmətlərinin sifarişçiləri kimi çıxış edə bilər.
Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.
63739 street lorem ipsum City, Country
+12 (0) 345 678 9
info@company.com