Sahə ekspertizası – qiymətləndirilən əmlakın xarici hissəsi, bəzən isə daxili hissəsinin, hesabatda təqdim olunan məlumatların təsdiqlənməsi üçün müqayisə oluna bilən əmlak obyektlərinin tədqiqatını əhatə edən qiymətləndirmənin ekspertizası. Adətən masaüstü ekspertiza zamanı yoxlanılan bəndlərin daxil olduğu nəzarət-yoxlama siyahısı vasitəsilə aparılır və bazar məlumatlarının təsdiqlənməsi, əlavə məlumatların toplanması üzrə tədqiqatlar və hesabatın hazırlanması zamanı istifadə olunan proqram təminatının yoxlanmasını daxil edə bilər.