Göstərilən xidmətlərin keyfiyyətinə nəzarət məqsədilə, sifarişin qəbulu və koordinasiyası yalnız Bakıda yerləşən ofisdə həyata keçirilir.
Müqavilənin şərtlərinin müzakirə edilməsi zamanı sifarişçi qiymət tarifləri barədə ətraflı şəkildə məlumatlandırılır. Ona həm də qiymətləndirmə işinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin siyahısı da təqdim olunur (bundan əlavə, sifarişçiyə lazımi məlumatlar “sms” vasitəsilə göndərilir).
Bu mərhələdə koordinator sifarişin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün həm Bakıdakı əməkdaşların, həm də bölgə nümayəndələrinin işinə nəzarəti həyata keçirir.
Qiymətləndirici mülkiyyətin dəyərini hesablayır və beynəlxalq standart normalarını əldə rəhbər tutaraq, firmanın bütün informasiya bazasını işə salır.
İlkin dəyər müəyyən edildikdən sonra, üç qiymətləndiricidən ibarət olan qiymətləndirmə komitəsi analoqların seçilməsinin düzgünlüyünü, doğru metodlardan istifadəyə riayət edilməsini müzakirə edərək, işin nəticəsini təsdiqləyir.
Bu ardıcıllığın yekun mərhələsi bu sahədə çoxillik iş təcrübəsinə və biliklərə əsaslanaraq, qiymətləndirmə işinin baş ekspert tərəfindən təkrarən yoxlanmasıdır.






![]()
Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.
63739 street lorem ipsum City, Country
+12 (0) 345 678 9
info@company.com

