Qiymətləndirmə

Mal-material ehtiyatlarının qiymətləndirilməsi

Mal-material ehtiyatlarının – xammal və material, hazır məhsullar (mallar), başa çatmamış istehsal – qiymətləndirilməsi hər müəssisə tərəfindən müəyyən edilmiş mühasibat uçotu qaydalarına uyğun olaraq sərbəst şəkildə aparılır. Lakin bir sıra hallarda bu cür qiymətləndirmə kifayət etmədiyi üçün müstəqil qiymətləndirmə məqsədilə peşəkar ekspertlərin cəlb edilməsi tələb olunur.

Ətraflı »

Əntiq əşyaların qiymətləndirilməsi

Əntiq əşyaların qiymətləndirilməsi əntiq məmulatların dəyərinin müəyyən edilməsi üzrə peşəkar fəaliyyətdir. Qiymətləndirmə xüsusi qayda və metodikalar vasitəsilə qiymətləndiricilər – fiziki və hüquqi şəxslər tərəfindən aparılır. Əntiq əşyaların dəyər növü aparılan qiymətləndirmənin məqsədlərindən asılıdır (bazar, investisiya, girov və s.).

Ətraflı »

Çoxillik əkmələrin qiymətləndirilməsi

Çoxillik əkmələr bitki aləminin ağac, kol, çəmənliklər, güllüklər kimi obyektləridir. Çoxillik əkmələrə küçə, meydança, park, bağ, şəhər bağçaları, müəssisələrin ərazisi, yaşayış evlərinin həyəti, bağ evlərinin ərazisində yaşıllaşdırma və dekorasiya üçün əkilən və istifadə olunan ağaclar, kollar, çəmənliklər, güllüklər, həmçinin qardan qoruyan və tarla qoruyucusu zolaqlar, digər süni əkmələr aiddir.

Ətraflı »

Qiymətli kağızların qiymətləndirilməsi

Qiymətli kağızların qiymətləndirilməsi ən müxtəlif qiymətli kağızların bazar dəyərinin müəyyən edilməsi prosedurudur. Bu halda qiymətləndirilən obyektlərin unikal xüsusiyyəti onların eyni zamanda kapitalın mövcudluğunun bir növü və ixtisaslaşmış fond bazarında dövriyyədə olan maldır.

Ətraflı »

Biznesin qiymətləndirilməsi

Biznesin qiymətləndirilməsi biznesin və ya ondakı payın cari bazar dəyərinin müəyyən edilməsi prosesidir. Bu qiymətləndirmə müxtəlif səbəblərdən aparıla bilər, lakin hər bir şirkətin sahibi gec və ya tez bu qiymətləndirmənin aparılması ilə əlaqəli çətinliklərlə üzləşə bilər.

Ətraflı »

Tikinti və kənd təsərrüfat texnikasının qiymətləndirilməsi

Xüsusi texnika tikinti, istehsalat, yol-texniki işləri, həmçinin kənd təsərrüfatında istifadə olunur. Adətən bu cür texnikanın sahibləri dövlət xidmətlərinin bölmələri və ya avadanlığın bahalı aktiv və əsas istehsal vasitəsi olduğu hüquqi şəxslər olur (fərdi şəxslə xüsusi texnikanı, əsasən tikinti texnikası və kommunal texnikanı icarəyə götürür).

Ətraflı »

Maşın və avadanlığın qiymətləndirilməsi

Maşın və avadanlığın bazar dəyəri sabit deyil. Ona həm bazardakı vəziyyət, həm texniki innovasiyaların tətbiqi, həm də müxtəlif subyektiv amillər təsir göstərə bilər. İnflyasiya və deflyasiya kimi proseslər də mühüm rol oynayır.

Ətraflı »

Yerüstü nəqliyyatın qiymətləndirilməsi

Bu gün avtomobilin qiymətləndirilməsi tələb olunan hallarla tez-tez rastlaşırıq. Yerüstü nəqliyyatın qiymətləndirilməsi xidməti qiymətləndirilən nəqliyyat vasitəsinin dəyərinin cari tarixə cari vəziyyətdə müəyyən edilməsini nəzərdə tutur.

Ətraflı »

Zərgərlik məmulatlarının qiymətləndirilməsi

Zərgərlik məmulatları və qiymətli daşların qiymətləndirilməsi zinət əşyası barədə maksimal dəqiq və ətraflı məlumat almağa imkan verir, qiymətləndirmə fəaliyyətinin xüsusi növüdür və qiymətli daşların mineralogiyası, emalı, zərgərlik məmulatlarının hazırlanma texnologiyasının əsasları barədə xüsusi biliklərə malik qiymətləndiricilər tərəfindən aparılır.

Ətraflı »

Su nəqliyyatının qiymətləndirilməsi

Biz bütün növ gəmilərin (tikilməkdə olan, istismarda olan, istismardan çıxarılan və qəza vəziyyətində olan) – dəniz və çay gəmilərinin, həmçinin qarışıq növ gəmilərin peşəkar qiymətləndirilməsini aparırıq:

Ətraflı »

Hava nəqliyyatının qiymətləndirilməsi

Hava nəqliyyatı və aviasiya texnikasının qiymətləndirilməsi şirkətimizin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Aviasiya texnikasının dəyərinin müəyyən edilməsi xidməti hava gəmiləri (təyyarə, helikopter) və digər uçuş aparatlarının, həmçinin onların ayrı-ayrı komponentləri, məsələn mühərriklərinin qiymətləndirilməsini nəzərdə tutur.

Ətraflı »

Mənzillərin qiymətləndirilməsi

Mənzillərin müstəqil qiymətləndirilməsi Azərbaycanın daşınmaz əmlak bazarında ən çox tələbat olan xidmətlərdən biridir. Mənzilin dəyərinin qiymətləndirilməsi daşınmaz əmlak obyektinə mülkiyyət hüququ və ya qiymətləndirilən daşınmaz əmlak obyektinə münasibətdə digər hüquqların bazar dəyərinin müəyyən edilməsini nəzərdə tutur.

Ətraflı »

Bina və qurğuların qiymətləndirilməsi

Bina və qurğuların qiymətləndirilməsinə dair sifarişlər daha tez-tez daxil olur və bu cür qiymətləndirmənin aparılması mürəkkəb bir prosesdir. Bu cür obyektlər birinci sinif girov əmlakı hesab edilir. Həmçinin təşkilatın əsas fondlarının yenidən qiymətləndirilməsi zamanı onun binaları və digər əmlakının qiymətləndirilməsi mütləqdir. Bu prosedur müəssisənin aktivlərinin dəyərini artırmağa və onu potensial investorlar üçün cəlbedici etməyə imkan verir.

Ətraflı »

Torpaq sahələrinin qiymətləndirilməsi

Torpaq sahələrinin qiymətləndirilməsi bu mülkiyyətə müxtəlif hüquqların (istifadə hüququ, icarə hüququ və mülkiyyət hüququ) qiymətləndirilməsini nəzərdə tutur. Mütəxəssislərimizin apardığı qiymətləndirmə Sizə müxtəlif torpaq sövdələşmələrinin həyata keçirilməsi zamanı ola biləcək pul vəsaitlərinin itkisi ilə əlaqədar riskləri minimuma endirməyə kömək edəcək.

Ətraflı »

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com