Mal-material ehtiyatlarının qiymətləndirilməsi

Mal-material ehtiyatlarının – xammal və material, hazır məhsullar (mallar), başa çatmamış istehsal – qiymətləndirilməsi hər müəssisə tərəfindən müəyyən edilmiş mühasibat uçotu qaydalarına uyğun olaraq sərbəst şəkildə aparılır. Lakin bir sıra hallarda bu cür qiymətləndirmə kifayət etmədiyi üçün müstəqil qiymətləndirmə məqsədilə peşəkar ekspertlərin cəlb edilməsi tələb olunur. Mühasibat qiymətləndirməsindən fərqli olaraq mal ehtiyatlarının keyfiyyətli və peşəkar qiymətləndirilməsi yalnız müəssisənin xərclərini deyil, həmçinin müəssisənin bazardakı vəziyyəti, sahədə rəqabət səviyyəsi, sığortanın olması, müştərilərlə qarşılıqlı münasibətlər, şirkətin imici kimi bir çox digər amilləri nəzərdə tutur. Buna görə də müstəqil qiymətləndirmə müəssisənin aktivlərinin dəyərini bütün mümkün risklər və zaman amilinin nəzərə alınması ilə daha obyektiv şəkildə əks etdirməyə imkan verir.

İstehsalatda təyinatı və rolundan asılı olaraq material ehtiyatlarının təsnifatı:

  • xammal;
  • satın alınmış yarımfabrikatlar;
  • yanacaq;
  • ehtiyat hissələri;
  • tikinti materialları;
  • inventar və təsərrüfat malları;
  • tara və tara materialları;
  • köməkçi materiallar; ;
  • xüsusi geyim və xüsusi ləvazimatlar;

Mal-material ehtiyatlarının qiymətləndirilməsi aşağıdakı metodlarla aparılır:

  • ədədbəədəd qiymətləndirmə;
  • ilk mədaxil-ilk məxaric (FIFO);
  • son mədaxil – ilk məxaric (LIFO);
  • orta kəmiyyət;
  • sürüşkən kəmiyyət.

Bu metodlar vasitəsilə ticarət anbarlarında qalıqların dəqiq miqdarını müəyyən etmək və əldə olunan məlumat əsasında şirkətin tətbiq etdiyi kommersiya fəaliyyətinin aparılması metodlarının effektivliyi məsələsini həll etmək mümkündür.

Mal-material ehtiyatları üç klassik yanaşma – xərc, gəlir və müqayisəli –  vasitəsilə qiymətləndirilir. Qiymətləndirmənin məqsədindən asılı olaraq mal-material dəyərlilərinin dəyəri bazar, investisiya dəyəri, ədalətli (mühasibat uçotu üçün) və həqiqi dəyər (sığorta məqsədi ilə) kimi hesablana bilər.

Kommersiya təşkilatlarının bütün maliyyə vəsaitlərinin əhəmiyyətli hissəsi mal ehtiyatlarında cəmləndiyi üçün mal-material dəyərlilərinin (ehtiyatlarının) qiymətləndirilməsi müəssisənin idarə edilməsi effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. Rovex qiymətləndirmə şirkəti qiymətləndirmənin nəticələrinin dəqiqliyi, obyektivliyi və mötəbərliyinə zəmanət verir. Mal-material ehtiyatlarının qiymətləndirilməsi üzrə xidmətin dəyəri qiymətləndirilən mal-material vahidlərinin həcmi və spesifikasından asılıdır.

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com