Dəmiryolu nəqliyyatının qiymətləndirilməsi

Dəmiryolu nəqliyyatının qiymətləndirilməsi qiymətləndirmə işlərinin xüsusi növlərinə aiddir və digər əmlakın qiymətləndirilməsindən fərqli olduğu üçün ayrıca sinfə daxildir.

Dəmiryolu nəqliyyatının qiymətləndirilməsinə dəmiryolu nəqliyyatının dartıcı hərəkət heyəti (lokomotiv, elektrovoz və s.), dartıcı olmayan heyəti (yük və sərnişin vaqonları), xüsusi hərəkət heyəti, həmçinin komplektləyici və digər tərkib hissələrinin qiymətləndirilməsi daxildir.

Dəmiryolu nəqliyyatının qiymətləndirilməsi əsasən aşağıdakı hallarda tələb olunur:

  • alqı-satqı zamanı qiymətin müəyyən edilməsi;
  • d/y nəqliyyatının girov təminatı kimi istifadə edilməsi;
  • müəssisənin nizamnamə kapitalına maya qoyma;
  • sığorta ödənişinin alınması;
  • əsas vəsaitlərin yenidən qiymətləndirilməsi;
  • məhkəmə qərarlarının icrası;
  • köhnə texniki vasitələrin silinməsi hesabına vergitutmanın optimallaşdırılması;
  • etibarnamə ilə idarəetmə və ya icarəyə vermə
  • əvvəlki təyinatı üzrə gələcəkdə istismarı mümkün və ya məqsədəuyğun olmadığı üçün maşın obyektləri və avadanlığın ləğv edilməsi və utilizasiyası

Qiymətləndirmə predmetinin spesifikası

Dəmiryolu nəqliyyatının qiymətləndirilməsi qiymətləndirmə obyektlərinin texniki xarakteristika və xüsusiyyətləri ilə əlaqədar olaraq özünəməxsus spesifikaya malikdir.

ROVEX qiymətləndirmə şirkəti buraxılış və istismar vaxtından asılı olmayaraq xarici istehsal olan dəmiryolu nəqliyyatının qiymətləndirilməsi sahəsində böyük təcrübəyə malikdir.

Şirkətimizin mütəxəssisləri nəqliyyat və dar ixtisaslı texnikanın modifikasiya və modellərinin xüsusiyyətlərinə yaxşı bələddir.

Əməkdaşlarımız şirkətin nüfuzuna yüksək dəyər verir və siz onların dəmiryolu nəqliyyatının müstəqil qiymətləndirilməsini düzgün, obyektiv və etibarlı şəkildə həyata keçirəcəyindən hər zaman əmin ola bilərsiniz.  

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com