Texniki innovasiyalar

Şirkətimizin əməkdaşları tərəfindən InterBase7.1  əsasında daşınan və eləcə də daşınmaz əmlakın xarakterik xüsusiyyətlərinin toplanmasına və saxlanmasına imkan verən proqram təcrübədə istifadə olunmağa başlanmışdır. Bu proqram vasitəsilə qiymətləndirilən mülkiyyəti xarakterizə edən parametrlər toplusunun axtarışını təmin etmək mümkündür. Bununla yanaşı, qeyd etmək lazımdır ki, axtarışda iştirak edən parametrlərin sayı 1-lə 20 arasında dəyişə bilər. Ötən il yaradılan sözügedən məlumat bazası əmlakın satışı ilə bağlı müntəzəm dərc olunan və internetdə yayımlanan məlumatlarla gündəlik olaraq zənginləşdirilir. Axtarış Sisteminin (AS) tətbiq edilməsinin imtiyazlarının üstünlüyü fərdi axtarışla müqayisədə açıq şəkildə görünür. AS-dən istifadə etməklə, məlumatlar bazasında yerləşdirilən xüsusiyyətləri ən qısa vaxt ərzində aşkar etmək mümkündür. 

 

Bundan əlavə, AS aşağıda sadalanan imkanları da yaradır:

  1. Daşınmaz əmlak bazarını xarakterizə edən əsas göstəriciləri (43 sayda) axtarıb tapır.
  2. Daşınmaz əmlak bazarının Diskret Məkan-Parametr Modelini (DMPM) hesablamağa imkan verir.

Bu Axtarış Sistemi yaradılarkən, Q.V. Plexanov adına Rusiya İqtisad Universitetinin “Layihələrin və proqramların idarə edilməsi” kafedrasının professoru Gennadiy Moiseyeviç Sternikin dəyərli tövsiyyələrindən və məsləhətlərindən istifadə olunmuşdur.

Tərəfimizdən həmçinin Delphi-7-dən istifadə olunmaqla yazılmış proqram da işlənib hazırlanmış və istifadəyə verilmişdir. Sözügedən proqram məhsulu (PM) vasitəsilə, biz seçilmiş analoqların həm ayrıca parametrlərə görə, həm də ümumi şəkildə bir-birinə nə qədər yaxın olub-olmadığını müəyyən edə bilirik. Müxtəlifliklərdən irəli gələn faiz dərəcələri ilə bağlı düzəlişlər aparmaqla, bu PM vasitəsilə çox qısa vaxt ərzində ortaya çıxan variantları müəyyən edirik və beləliklə də, təklif edilən mülkiyyəti (əmlakın) qiymətləndirməyə yardım edən analoqları seçə bilirik.

Obyektin kadastr koordinatları verildikdə, şirkətimizin əməkdaşları Google Earth proqramının imkanlarından istifadə etməklə, sözügedən obyektin yerləşdiyi yeri və sahəsinin ölçüsünü müəyyən edirlər.

Çoxpilləli nəzarət sistemi

Sifarişin qəbulu və koordinasiyası

Göstərilən xidmətlərin keyfiyyətinə nəzarət məqsədilə, sifarişin qəbulu və koordinasiyası yalnız Bakıda yerləşən ofisdə həyata keçirilir.

Müştərinin məlumatla təmin edilməsi

Müqavilənin şərtlərinin müzakirə edilməsi zamanı sifarişçi qiymət tarifləri barədə ətraflı şəkildə məlumatlandırılır. Ona həm də qiymətləndirmə işinin həyata keçirilməsi üçün tələb olunan sənədlərin siyahısı da təqdim olunur (bundan əlavə, sifarişçiyə lazımi məlumatlar “sms” vasitəsilə göndərilir).

Sifarişin yerinə yetirilməsinə nəzarət

Bu mərhələdə koordinator sifarişin vaxtlı-vaxtında yerinə yetirilməsi üçün həm Bakıdakı əməkdaşların, həm də bölgə nümayəndələrinin işinə nəzarəti həyata keçirir.

Əmlakın ilkin qiymətləndirilməsi

Qiymətləndirici mülkiyyətin dəyərini hesablayır və beynəlxalq standart normalarını əldə rəhbər tutaraq, firmanın bütün informasiya bazasını işə salır.

İlkin olaraq təyin edilən dəyərin qiymətləndirmə komitəsi tərəfindən təsdiqlənməsi

İlkin dəyər müəyyən edildikdən sonra, üç qiymətləndiricidən ibarət olan qiymətləndirmə komitəsi analoqların seçilməsinin düzgünlüyünü, doğru metodlardan istifadəyə riayət edilməsini müzakirə edərək, işin nəticəsini təsdiqləyir.

Müəyyən edilən dəyərin baş ekspert tərəfindən təsdiqlənməsi

Bu ardıcıllığın yekun mərhələsi bu sahədə çoxillik iş təcrübəsinə və biliklərə əsaslanaraq, qiymətləndirmə işinin baş ekspert tərəfindən təkrarən yoxlanmasıdır.

Prinsiplər

    Etiam magna arcu, ullamcorper ut pulvinar et, ornare sit amet ligula. Aliquam vitae bibendum lorem. Cras id dui lectus. Pellentesque nec felis tristique urna lacinia sollicitudin ac ac ex. Maecenas mattis faucibus condimentum. Curabitur imperdiet felis at est posuere bibendum. Sed quis nulla tellus.

    ADDRESS

    63739 street lorem ipsum City, Country

    PHONE

    +12 (0) 345 678 9

    EMAIL

    info@company.com